Samuxda iki maşın toqquşub, xəsarət alanlar var
Samuxun “İnstitut” qəsəbəsində iki "VAZ" toqquşub. Nəticədə 5 nəfər - 33 yaşlı Arzuman Hüseynov, 40 yaşlı Vüsal Həsənov, 57 yaşlı Rafiq Qurbanov, 57 yaşlı Elxan Məmmədov və 63 yaşlı Ərəstun Nağıyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.