Samuxda gübrələrin satışına başlanılıb
2020-03-20 16:07
Aqrar rayon olan Samuxda fermerlərə martın əvvəlindən gübrələrin satışına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermer kartından istifadə etməklə əkin sahəsinə uyğun olaraq gubrə satışı aparılır. Artıq rayon üzrə 150 fermerə 1200 kisə gubrə satılıb. Qiymətlər isə gübrədən asılı olaraq 7-14 manat arasında dəyişir. Proses yaz əkinləri başa çatana kimi davam edəcək.
Fərid Mehdiyev