Samuxda gənci ildırım vuraraq öldürüb
2021-05-18 10:07
Samuxun Hacıalılı kəndində yerli sakin, 18 yaşlı Sənan Zaur oğlu Həsənovu təsərrüfatda mal-qara otaran zaman ildırım vurub. Gənc həmin an ölüb. İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilir. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır. Hacıqabulda isə “Mercedes” markalı avtomobil digər minik maşını ilə toqquşub. Tovuzun Ayıblı kənd sakini Hüseynov Zirəddin Yəhya oğlu keçinib.Daha 3 Tovuz sakini xəstəxanaya yerləşdirilib.
Fərid Mehdiyev