Samuxda bələdiyyə sədri cərimələnib
2020-04-22 18:05
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Samux rayonu, Hacıalılı kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb. Tullantıların idarə olunmasına cavabdeh Hacıalılı bələdiyyəsinin sədri Nizami Abbasov barəsində protokol tərtib olunub və o, 3 min 500 manat məbləğində cərimə edilib.
Vüsalə Camal