Samuxda bir ailənin üzvləri yol qəzasına düşüb, ölən var
2020-05-02 12:03
Samuxun Qırmızı Samux sahil yolunda "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində sürücü Elnur Süleymanov xəsarət alıb. Onun oğlu, 6 yaşlı Hüseyn Süleymanov isə hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev