Samuxda benzin yüklü avtomobil yol kənarına aşıb
Samux rayonunda qəza baş verib. Benzin yüklü avtomobil yol kənarına aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub. Yola tökülən yanacaq səbəbindən hərəkət müvəqqəti dayandırılıb.
Fərid Mehdiyev