Samuxda bayram yarmarkası təşkil olunub
Samuxda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Yarmarkaya mövsümə uyğun olaraq meyvə-tərəvəz, ərzaq və digər kənd təsərrüfatı məhsulları çıxarılıb. Məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə alıcılara təklif edilib. Alıcılar bu cür yarmarkaların mütəmadi təşkil olunmasını vurğulayıblar.
Vüsalə Cənnətova