Canlı
Samuxda 6 kəndi birləşdirən yol yenidən qurulur

2018-03-07 / 16:02

Samuxda 6 kəndin sakinləri üçün şad xəbərimiz var. Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 m təşkil edəcək. İşlərin mayda başa çatdırılması planlaşdırılır. Bundan başqa, Çobanabdallı-Lək-Əlibayramlı avtomobil yolu da əsaslı təmir olunur. Bununla 10 min nəfərin yaşadığı kəndlərdə istehsal olunan məhsulların bazarlara çıxarılmasında çətinlik yaşanmayacaq.

Fərid Mehdiyev