Samuxda 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində xəsarət alıb
2021-09-09 10:07
Qazaxda mülk üstdə dava edən ailə üzvləri Binnətova Elyana Tofiq qızı, Binnətova Rəna Anar qızı, Binnətov Rəssam Bəxtiyar oğlu və Binnətova Vüsalə Rəssam qızı döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Samuxun Kolayır kəndində isə 14 yaşlı S.Bağırov təmir sexinin qarşısından keçən zamanı hava vurulan traktor təkəri partlayıb və ona çırpılıb. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Goranboyda isə Rasim Ağa oğlu Əkbərov bıçaqlanıb. Cinayətdə şübhəli bilinən Xaliq Məmmədov saxlanılıb.
Fərid Mehdiyev