Samuxda əlil və şəhid ailələri üçün tikilən fərdi yaşayış evlərində son tamamlama işləri aparılır

Samuxda 3 Qarabağ Müharibəsi əlili və 1 şəhid ailəsi üçün tikilən fərdi yaşayış evlərində son tamamlama işləri gedir. Evlərin ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır. Hazırda evlərdə elektrik, su və istilik xətləri çəkilir. Ümumiyyətlə, rayonda 101 şəhid ailəsi, 70 Qarabağ Müharibəsi əlili və 300 Qarabağ Müharibəsi veteranı var. Bunlardan da 59-na mənzil verilib. 2014-2018-ci illər Dövlət Proqramına əsasən, növbədə olan daha 76 ailə evlə təmin olunacaq.

Bahadur Şakiroğlu