Samuxda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
2021-04-05 18:07
AQTA əməkdaşları Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında monitorinq keçiriblər. Saxta yollarla hazırlanmış alkoqollu içkilər aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Vüsalə camal