Samuxda şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib
2021-10-11 14:06
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən il ermənilərin Gəncəyə raket hücumları nəticəsində dağılmış ərazilərdə olub. Erməni terroru nəticəsində on aylıqkən şəhid olan Narın Xalıqovanın yaxınları və erməni terroru zamanı hər iki valideyni şəhid olmuş 3 yaşlı Nilay Əliyeva, onun birgə yaşadığı qohumları ilə görüşüb, ailələrin sosial müdafiəsi istiqamətində işlərin görüldüyünü, bu məsələnin bundan sonra da diqqətdə saxlanacağını bildirib. Daha sonra Samuxda yeni çoxmənzilli yaşayış kompleksindən 50 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Vüsalə camal