Samux və Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb
2021-11-26 12:08
Tərtərdə Qaradağlı kənd sakini Cabbar Həsənov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsdən qanunsuz olaraq ovladığı çöl heyvanları aşkar edilərək maddi sübut kimi götürülüb. Samuxda isə Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb. Brakonyerin Gəncə sakini Telman Rəhimov olduğu müəyyən edilib.
Vüsalə camal