Samux sakinindən narkotik vasitə və silah götürülüb
2021-03-02 14:10
Samux polisi qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Tahir Bədəlovu saxlayıb. Əlindəki çantadan 3 kq 640 qram çəkidə marixuana və bir ədəd istifadəyə yararlı, lülə və qundağı kəsilmiş tüfəng aşkar edilərək götürülüb. Fakt araşdırılır.
Vüsalə camal