Samir Şərifov: Belarusla aqrolayihə Qarabağda yeni iş yerlərinin açılmasına imkan yaradacaq
Belarusun Ağdamda yaradacağı aqrar-sənaye kompleksi Qarabağda kənd təsərrüfatının inkişafına əlavə təkan verəcək.
Bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarus-Azərbaycan biznes-forumunda bildirib. Onun sözlərinə görə, layihə regionda yeni iş yerlərinin açılmasına da imkan yaradacaq. Ağdamın Qızıl Kəngərli kəndində yaradılacaq aqroşəhərciyin 2027-ci ildə fəaliyyətə başlaması gözlənilir.

