Salyanda ər və arvadın evdə öldürüldüyü məlum olub
Salyanda ər və arvad qətlə yetirilib. Hadisə rayonunun Kərimbəyli kəndində qeydə alınıb. 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitləri tapılıb. Qətlə yetirilən kişi əvvəllər tibb müəssisəsində baş həkim işləyib. Naməlum şəraitdə baş verən faktla bağlı əməliyyat-axtarış tədbirləri görülür.
Fərid Mehdiyev