Salyanda yol qəzası olub, xəsarət alan var
Salyanda iki minik maşını toqquşub. Qəza köhnə Ələt-Astara yolunda "Mercedes" və "VAZ-21010"nun iştirakı ilə baş verib. Nəticədə xəsarət alan Neftçala rayon sakini Aydın Qulamov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev