Salyanda yol qəzası olub, ağır yaralanan var

Ələt-Astara magistralının Salyan rayonu ərazisində qəza baş verib. 38 yaşlı Seyran Rəhmətovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili ilə Rusiyanın Dağıstan vilayətinin vətəndaşı 37 yaşlı Vəlixan Abdullayevin idarə etdiyi “VOLVO” markalı TIR toqquşub. Nəticədə Seyran Rəhmətov ağır xəsarət alaraq, Bakı xəstəxanalarından birinə yerləşdirilib. Digər sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasında ambulator yardım alaraq buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Rühəngiz Hacızadə