Canlı
Salyanda qadın bıçaqlanıb

2017-12-06 / 12:06

Salyanda lombard işçisi bıçaqlanıb. Rayon ərazisində fəaliyyət göstərən lombarda gələn naməlum şəxs oranın işçisi, 47 yaşlı Xanım Bədəlovaya bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə