Salyanda mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb
Salyanın Qırxçıraq kəndində mikroavtobusun aşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Bundan başqa, Bakı-Qazax avtomobil yolunda birtərəfli hərəkət zolağında müəyyən edilmiş istiqamətin əksinə hərəkət edən “Nissan” markalı avtomobilin sürücüsü, Ucar sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Vüsalə Cənnətova