Salyanda meyiti tapılan şəxsi gözətçi güllələyib
2020-06-16 14:08
Gecə saatlarında Qaraçala kəndi ərazisində kişi meydi tapılıb. İlkin ehtimala görə, gölə balıq tutmaq üçün gələn 2 nəfər gözətçi, 25 yaşlı Rəşad Abdullayev tərəfindən güllələnib. Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 25 yaşlı Asif Qarayev hadisə yerində ölüb, onun həmkəndlisi 24 yaşlı Fərzalı Aydınov isə güllə yarası ilə Salyan rayon xəstəxanasına yerləşdirilib.
Nərgiz Camal