Salyanda maskalı şəxslər evə basqın edib

Salyanın Qapanlı kəndində maskalı şəxslər yaşayış evinə basqın edib. Rayon sakini Sevda Soltanovanın yaşadığı evə açıq qalmış qapıdan girən 3 nəfər ev sahibəsi ilə qarşılaşıblar. Səs-küyə evdə olan Elnarə Əhədova və Zabil Ağayev oyanıblar. Maskalı şəxslər dəmir parçası ilə onlara xəsarət yetirib, hadisə yerini tərk ediblər. Hadisəni törədən Bakı şəhər sakinləri – Camal Namazov, əvvəllər məhkum olunmuş Fərid Rəsulov və əvvəllər məhkum olunmuş Zaur Hüseynov tutulublar.

Vəfa Şairova