Salyanda mübahisə bıçaqlanma ilə nəticələnib
Salyanda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb. Rayonunun Pambıqkənd kənd sakini Şamxal Babayev aralarında yaranmış mübahisə zəminində həmkəndlisi Famil Xəlilova xəsarət yetirib. Bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev