Salyanda evdə yanğın olub, ölən var
Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Həyatını itirən şəxsin 60 yaşlı Svetlana Qadir qızı Zeynalova olduğu müəyyən edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Hadisə ilə əlaqədar təhqiqat aparılır.
Fərid Mehdiyev