Canlı
Salyanda avtomobil yolu əsaslı şəkildə yenidən qurulur

2018-07-10 / 16:16

Salyanda 13.1 km olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Məqsəd yol boyu yaşayan 11 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. 4-cü texniki dərəcəyə uyğun qurulan yol yaxın aylarda tam olaraq istifadəyə hazır olacaq.

Vəfa Şairova