Canlı
Salyanda 3 il əvvəl törədilən dəhşətli qətlin üstü açılıb

2017-12-07 / 12:02

Salyanda itkin düşən ana və 4 qızının öldürüldüyü məlum olub. 3 il əvvəl itkin düşən Mehparə Əliyeva və qızları - Rəqibə, Sevda, İradə və Ümidənin meyiti tapılıb. Onları ailənin başçısı 63 yaşlı Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə Əliyevə oğlu, 28 yaşlı Fəqanın kömək etdiyi bildirilir. Ata və oğlu saxlanılıb. Araşdırmalar davam etdirilir.

Vəfa Şairova