Salyanda 2 yaşlı körpəni avtomobil vurub, Bakıda isə "Prius"la "Ferrari" toqquşub
Salyanın Xələc kəndində 2021-ci il təvəllüdlü Fərəcli Zeynəb Nurlan qızını yaşadığı evin qarşısında avtomobil vurub. Azyaşlı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha sonra o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. Bakının Nəsimi rayonu, Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində də qəza olub. Belə ki, “Toyota Prius”un sürücüsü yol nişanının tələbinə əməl etməyərək qəfil yola çıxıb. Bu zaman maşın kəsişmədən keçən “Ferrari”yə çırpılıb. Hər iki maşının sürücüsü xəsarət alıb.
Nərgiz Camalzadə