Sahibsiz iti vurmaq istəyən şəxs 13 yaşlı oğlanı güllələyib öldürüb
2021-04-16 12:09
Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 13 yaşlı Nəbiyev Nihad Nicat oğlunun odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 63 yaşlı Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahidin baş nahiyəsindən xəsarət almasına əsaslı şübhələr yaranıb. Faktla bağlı cinayət işi başlanıb, Rzayev təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Nərgiz Camal