Sahibsiz heyvanlar üçün yeni sığınacaqlar tikiləcək
2027–2032-ci illərdə Azərbaycanda sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramında əksini tapıb.Sənədə əsasən, yeni sığınacaqlara sahibsiz heyvanların qəbulu da həyata keçiriləcək. Prosesin əsas icraçısı yerli icra hakimiyyəti orqanları olacaq. Digər icraçı qurumlar isə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.
10 sentyabr 2026

