Sahibkarlara verilən güzəştli maliyyələşmənin 72 %-i regionların payına düşüb
2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verib. Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib ki, bu kreditlər 3 000-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 43 %-i sənaye məhsullarının istehsalına, 5,5 %-i xidmət sektoruna, 4,5 %-i turizm sektoruna verilib. Güzəştli maliyyələşmənin 72 %-i regionların, 28 %-i isə Bakı və Abşeronun payına düşüb.
Fərid Mehdiyev