Canlı
Sahibkarlar üçün yeni imkan... Gələn ay Azərbaycandan Çinə ixrac missiyası təşkil ediləcək

2019-01-11 / 13:56

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu gələn ay Çinin paytaxtı Pekinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib. Fevralın 25-dən martın 1-nə qədər davam edəcək missiyada qida məhsullarının, həmçinin şərab və digər spirtli içkilərin istehsalı ilə məşğul olan sahibkarlar iştirak edə bilərlər. İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı nazirlik yanında olacaq.

Ruhəngiz Hacızadə