Sahibkarların nəzərinə, vergi və sosial sığorta bəyannamələri birləşdiriləcək

2019-07-09 12:05

Sahibkarların vergi və sosial ödənişlərlə bağlı rüblük hesabatları vahid formada veriləcək. Bu barədə Kəpəz televiziyasına 12 saylı Ərazi Vergilər Departamentinin vergi ödəyicilərinə xidmət şöbəsinin müdiri Adil Şükürov məlumat verib. Onun sözlərinə görə, muzdlu işlə bağlı gəlir vergisi, məcburi dövlət sosial sığortası bəyannamələri və işsizlikdən sığorta üzrə hesabatlar birləşdiriləcək.

Vüsalə Camal