Canlı
Sahibi evdə olmayan mənzildə yanğın baş verib

2018-12-06 / 13:55

Gəncənin Azərbaycan bayrağı küçəsi, I döngə, bina 9 ünvanında yanğın olub. Alov şəhər sakini 79 yaşlı Yaşar Məmmədova məxsus mənzildə meydana gəlib. 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin bir otağı yanıb. Hadisə zamanı evdə heç kim olmadığından yanğınsöndürənlərə qonşular məlumat veriblər. Əraziyə 4 yanğınsöndürən maşın və 20 nəfər canlı qüvvə cəlb olunub. Alov söndürülüb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

Ruhəngiz Hacızadə