Sahibə Qafarova: "Rixard Raşinin səfəri Azərbaycan-Slovakiya əlaqələrinin inkişafını göstərir"
Rixard Raşinin Azərbaycana səfəri Slovakiya ilə parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.Bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Slovakiya ilə iqtisadiyyat, ticarət və enerji sahələrində əməkdaşlıq genişlənir. S.Qafarova qeyd edib ki, Rixard Raşi Qarabağa ikinci dəfə səfər edir və nümayəndə heyəti Ağdamın Baş Qərvənd kəndini də ziyarət edəcək. Kəndin tikintisi Slovakiya şirkətləri tərəfindən həyata keçirilir.
13 may 2026

