Sahibə Qafarova MDB PA-nın 61-ci plenar iclasında iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclasında çıxış edib.Spiker parlamentlərarası əlaqələrin genişləndirilməsinin, humanitar əməkdaşlığın və seçkilərin müşahidəsi sahəsində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Sahibə Qafarova Azərbaycanın MDB çərçivəsində keçirdiyi tədbirlərdən, o cümlədən Laçında MDB Mədəniyyət Paytaxtı ilinin açılışından və III MDB Oyunlarından da danışıb.
20 noyabr 2026

