Sahibə Qafarova ABŞ konqresmeni ilə Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb. Tərəflər Vaşinqtonda sülh sazişinin paraflanmasının və Birgə Bəyannamənin imzalanmasının regionda sabitliyin möhkəmlənməsinə töhfə verdiyini bildiriblər. Həmçinin TRIPP dəhlizinin regional nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayacağı vurğulanıb. Sahibə Qafarova Prezident Donald Trampın 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumunu yüksək qiymətləndirib. ABŞ konqresmeni Abraham Hamade isə Azərbaycanın regionda və beynəlxalq əməkdaşlıqda mühüm rol oynadığını qeyd edib.
17 iyun 2026

