Sabunçuda evlərdən oğurluq edən şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində yerləşən 9 evdən müxtəlif tarixlərdə ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.Araşdırmalar davam etdirilir.
19 mart 2026

