Sabunçuda 16 kq narkotik aşkarlanıb
Sabunçu polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirərək 29 yaşlı Mirtərlan Əsgərzadəni və 37 yaşlı qadını saxlayıb. Onlardan 16 kiloqramdan artıq marixuana, metamfetamin və tiryək aşkarlanıb. Saxlanılanlar narkotikləri İran vətəndaşlarından alaraq paytaxtda satacaqlarını bildiriblər.
26 yanvar 2026

