Sabirabaddda qaz balonu partlayıb, ər-arvad yanıq xəsarətləri alıb
Sabirabadın Qruzma kəndində evdə partlayış olub. Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.