Sabirabadda ər arvadını bıçaqlayıb
Sabirabadın Qalağayın kəndində yerli sakin, 1994-cü il təvəllüdlü Rüstəmova Fərqanə Yaşar qızı bədənin kəsilmiş-deşilmiş yarası ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, aralarında yaranmış mübahisə zamanı qadın əri tərəfindən bıçaqlanaraq xəsarət alıb. Fakt araşdırılır.