Sabirabadda çətənə kolu yetişdirən ata və oğul saxlanılıb
Sabirabad rayonunun Yastıqobu kənd sakini Habil Abuşov və oğlu Ramin çətənə kolu yetişdirməkdə şübhəli bilinərək saxlanılıblar. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onların yaşadığı evdən 27 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolu götürülüb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Azad Mustafayev