Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
2021-12-13 10:05
Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb. Rayon sakini Nazim Vəliyevə ev şəraitində müalicə təyin edilsə də, o, qaydaları pozub. Polis əməkdaşları onu yaşadığı ünvana qaytarıb. Vəliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.
Fərid Mehdiyev