Canlı
Sabirabadda təcili yardım maşını qəza törədib

2018-11-08 / 18:00

Sabirabad rayonunda yol qəzası baş verib. Xankeçən kəndi ərazisində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan regional məntəqəsinə məxsus UAZ markalı avtomobil Şirvan şəhərindən geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.

Fərid Mehdiyev