Canlı
Sabirabadda məktəblini avtomobil vurdu

2018-05-16 / 16:12

Sabirabadda piyadavurma hadisəsi olub. Rayon sakini, 14 yaşlı Elman Məmmədovu məktəbin qarşısında “Prado” markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Fərid Mehdiyev