Sabirabadda ev yanıb, xəsarət alanlar var
2020-02-01 10:06
Sabirabadın Rüstəmli kəndində birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı 3 nəfər yanıq xəsarəti alıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fərid Mehdiyev