Sabirabadda 2 nəfərdə narkotik vasitələr aşkarlanıb
Sabirabadda polis rayon sakini, əvvəllər məhkum olunmuş Səid Zeynalovu saxlayıb. Ondan çəkisi 400 qramdan artıq olan marixuana, eləcə də "Naqan" markalı tapança götürülüb.
Əsgərbəyli kənd sakini İlyar Kərimov da saxlanılıb. Onun yaşadığı ünvandan isə 30 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Vüsalə Cənnətova