Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib

Rayon sakini Rasim Babayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Mənsurə Babayevanı və Ayna Abdullayevanı vurub. Nəticədə xəsarət alan sürücü və piyadalar xəstəxanaya yerləşdirilib. Ayna Abdullayeva orada ölüb, digərləri xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Vəfa Şairova