Sabirabad sakinlərindən narkotik vasitə götürülüb
Sabirabad Rayon Polis şöbəsi tərəfindən saxlanılan rayon sakini Azad Abasovun üzərinə keçirilən baxış zamanı 400 qramdan artıq olan marixuana və metamfetamin aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə rayon sakini Rahim Kərimov da saxlanılıb. Onun üzərindən isə polietilen torbada qablaşdırılmış təmiz çəkisi 430 qram olan marixuana aşkarlanıb. Hər iki şəxs həbs edilib.
Fərid Mehdiyev