Canlı
Sabirabad Sənaye Məhəlləsi yaradılır

2018-02-09 / 16:05

Sabirabad Sənaye Məhəlləsində regionunun iqtisadi potensialına uyğun olaraq, yun tədarükü ilə yanaşı pambıqtəmizləmə, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistik mərkəz qurulacaq. İlkin mərhələdə 3 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar tikilərək sahibkarların istifadəsinə veriləcək. Sənaye Məhəlləsi regionda kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətli sayılır.

Fərid Mehdiyev