Sabiq icra başçısına hökm oxunub
Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub. O, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Zülfiyyə Telmanqızı